Rasim Musabəyov: “Ermənistanı heç kim Avrasiya İttifaqına üzv qəbul edə bilməz” AÇIQLAMA
"Bu gün heç kim Ermənistanı Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına üzv qəbul edə bilməz". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Ermənistanın Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına qoşula bilməməsi məsələsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, işğalçı ölkə sadəcə olaraq Avrasiya İqtisadi İttifaqı ilə bağlı Rusiya ilə saziş imzalayıb. Burada heç bir assosiasiya sazişindən söhbət gedə bilməz. Ermənilər hələlik Avropa Birliyindən yardımlarını alırlar. Baxmayaraq ki, onlar özlərini həyasız aparırlar".
Qeyd edək ki, dörd ilə yaxın Avropa Şərq Tərəfdaşlığı çərçivəsində danışıqlar aparan Ermənistan hələ ötən ilin ortalarında Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa hazır olduğunu bəyan etmişdi. Lakin bu ilin sentyabrın 3-də Rusiya prezidenti ilə görüşdən sonra prezident Serj Sarkisyan Ermənistanın Rusiya, Belarus və Qazaxıstanla Gömrük İttifaqına qatılmaq və daha sonra Avrasiya İqtisadi İttifaqın təsis edilməsində iştirak etmək "arzusunda" olduğunu bəyan etmişdi. Bundan sonra isə Avropa İttifaqı assosiasiya sazişinin artıq danışıqlar masasından qaldırıldığını bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB