Qabil Hüseynli: “İran terrorçu bir dövlətin iqtisadi blokadadan çıxmasına şərait yaradır” AÇIQLAMA

Qabil Hüseynli: “İran terrorçu bir dövlətin iqtisadi blokadadan çıxmasına şərait yaradır” AÇIQLAMA

"Uzun müddətdir ki, Ermənistanın ayaq üstə durmasında İran həll edici rol oynayır. Ermənistan faktiki olaraq blokada şəraitindədir. İran isə onun blokadadan çıxmasında "nəfəslik" rolunu oynayır". Bunu SİA-ya açıqlamsında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan İranın Ermənistana yardımlar etməsinə qarşı çıxıb əks tədbirlər görə bilmir: "Ermənistan İrana qaz, dəmir yolları çəkməyi planlaşdırır. Ermənistanın baş naziri İrana səfər edəndə də bu məsələdə razılıq əldə edildi. İran islam dəyərlərinə sadiqlikdən danışır, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edir. Digər tərəfdən isə təcavüzkar bir ölkəni müdafiə edir, onu iqtisadi cəhətdən dəstəkləyir. Hətta Azərbaycanın İsraillə əlaqə qurmasına qarşı çıxır. Özü isə terrorçu bir dövlətin iqtisadi blokadadan çıxmasına şərait yaradır. İndiyə qədər İranın Ermənistan üçün etdiklərini heç Rusiya etməyib. Azərbaycan isə İranla münasibətləri gərginləşdirmək imkanına malik deyil. Biz reallığı qəbul edib İranın Ermənistana yardım etməsinə baxmayaraq cənubdakı soydaşlarımızın vəziyyətini, öz problemlərimizi nəzərə alaraq hələ ki İranla münasibətləri qaydasında saxlamağa çalışırıq. Bu yaxınlarda İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək və bu görüşdə təbii ki, ölkələrimiz arasında münasibətlərin yüksək mərhələyə qaldırılmasından danışılacaq. Azərbaycan da münasibətlərin genişləndirilməsində maraqlıdır. Azərbaycan İranın suverenliyini tanıyır və onun istənilən ölkə ilə bərabərtərəfli əməkdaşlıq qurmaq hüquqlarına hörmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə