"Rüstəm İbrahimbəyov simvolikdir" MÜSAVATDAN CAVAB

Osman Kazımov: “O, Rusiyanın sifarişini yerinə yetirməklə məşğuldur”
"Rüstəm İbrahimbəyov simvolikdir" MÜSAVATDAN CAVAB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Rüstəm İbrahimbəyovun Milli Şurada simvolik xarakter daşıyan şəxs olması fikrini təkzib etməyib. SİA xəbər verir ki, AXCP-nin sədr müavini İbrahimbəyovun peşəkar siyasətçi olmadığını da etiraf edib: "O, siyasətlə məşğul olmayıb…Rüstəm bəyin Milli Şuranın fəxri sədri olması simvolik xarakter daşıyır. Bu, ona prosesdəki roluna və sərf etdiyi əməyinə görə verilib. Burada hər hansı bir ziddiyətli məqam da yoxdur. Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri kimi fəaliyyətini davam etdirir".

Fuad Qəhrəmanlının bu fikrilərinə vaxtilə Milli Şurada təmsil olunmuş müsavatçı funksioner Osman Kazımovdan ilginc cavab gəlib. Partiyanın Divan üzvü sosial şəbəkədə Qəhrəmanlıya cavab olaraq, sual ünvanlayıb və bu suala onun deyil, Milli Şuranın sədri Cəmil Həsənlinin cavab verməsini istəyib: "Rüstəm İbrahimbəyov bəs nə ilə məşğul imiş? Rusiyanın sifarişlərini yerinə yetirməklə?".

Qeyd edək ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında etiraf etmişdi ki, o, heç vaxt siyasətlə məşğul olmayıb və prezidentliyə namizədliyi məcburən irəli sürülüb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə