Fərəc Quliyev: “Rusiyadan başqa davranış gözləmək sadəlövhük olardı”
"Ermənilər girov götürülən azərbaycanlılara qondarma məhkəmə qurmaqla göstərmək istəyirlər ki, guya separatçı rejimdə "demokratiya", "ədalətlilik", "şəffaflıq" var. Həmçinin burada azərbaycanlılara Dağlıq Qarabağı "dövlət" kimi tanıtdırmaq istəyi durur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, millət vəkili Fərəc Quliyev deyib.
Millət vəkili hesab edir ki, ermənilər belə hərəkət etməklə ictimai rəylə oynayırdılar: "Dünyanın heç bir yerində yanmış torpaq taktikası yürüdülmür və yerli əhali orada yaşayır. Girov götürülən azərbaycanlılar da öz ata-baba torpaqlarına ziyarətə gediblər. Fakt budur. Ancaq ermənilər onlar üzərində qondarma məhkəmə qurublar. Dünya isə bu ədalətsizlik qarşısında səssizlik nümayiş etdirir. Azərbaycan unitar dövlətdir və BMT-yə daxil olarkən hər kəs sərhədlərimiz daxilində müstəqilliyimizi tanıyıb. İndi Azərbaycan sərhədləri daxilində baş verən hadisəyə göz yumulur".
F. Quliyev qeyd edib ki, Ermənistanın əldə etdiyi müvəqqəti uğur özünün deyil və Rusiyanın birbaşa iştirakı ilə əldə edilib: "Heç kimə sirr deyil ki, Xocalı Soyqırımı zamanı 366-cı alay ermənilərə birbaşa dəstək verib. Yerli sakinlərin qırılması, son nəfərədək oradan çıxarılması, indiki Ermənistanın monoetnik dövlət olmasında Rusiya silahlı qüvvələrinin müstəsna xidmətləri olub. Bu gün də ruslar ermənilərə dəstək verirlər. Ona görə də azərbaycanlı girovların azad edilməsi məsələsində Rusiyadan başqa davranış gözləmək sadəlövhlük olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB