Tamerlan Vahabov: “Bundan bölgə əhalisinin yetərincə xəbəri var” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun fəaliyyəti ümumi mexanizmlər altında keçirilir və beləcə, onların mövqeyi açıq-aydın ortadadır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin indəyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir bəyanatla çıxış etməməsi məsələsinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, burada Madrid prinsipləri əsas rol oynayır və bundan bölgə əhalisinin də yetərincə xəbəri var: "Məhz buna görə də Kanada və digər ölkələr bu proseslərin iştirakçısı olmadığı üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edirlər və məlumat yayırlar".
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə Fransa Prezidenti Fransua Olland ilə üçtərəfli görüşünün nəticələrinə də toxunan T.Vahabov bildirib ki, bu ümumi aktivləşmə kontekstində keçirilən görüş idi: "Çünki Rusiya prezidenti Vladimir Putindən sonra Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə nail oldu. Təbii ki, burada ardıcıllıq məsələsi özünü göstərir. Digər bir məsələ isə Azərbaycanın strukturlaşmış dialoqa yəni, rəsmi Yerevanın münaqişənin sülh yolu ilə həllinə dair razılıq mövqeyindən çıxış edərək Fransaya səfər etməsi idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB