İlham Əliyev: "Azərbaycan dünyada sabitlik faktoru kimi qəbul edilir"

İlham Əliyev: "Azərbaycan dünyada sabitlik faktoru kimi qəbul edilir"

"Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan beynəlxalq arenada böyük etibar qazanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və fəaliyyəti dövründə beynəlxalq hüququ müdafiə edib". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən Gənclər Siyasəti Üzrə I Qlobal Forumda çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın digər hissələrində faciəli hadisələr, dəyişikliklər görürük. Ona görə də dünya terrorizmə qarşı birgə mübarizə aparmalı, ədalətli mövqe ortaya qoyulmalıdır.

Azərbaycanın dünyada sabitlik faktoru kimi qəbul edildiyini deyən dövlət başçısının sözlərinə görə, məhz bu səbəbdəndir ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir: "Sabitlik olmadan, inkişaf mümkün deyil. Biz təcrid olunmuş adada yaşamırıq, qonşularımız var. Bu baxımdan regional təhlükəsizliyə, əməkdaşlığa xüsusi yer ayrır, diqqətli yanaşırıq. Biz birgə əməkdaşlıq nəticəsində uğurlar qazanmışıq. Müstəqillik qazandığımız dövrdə Azərbaycan iqtisadiyyatı çökmüşdü. Torpaqlarımız işğal olunurdu. 1990-ci illərdə Azərbaycanın vəziyyəti çox ağır idi, amma ötən dövr ərzində aparılan uğurlu siyasət, iqtisadi islahatlar ölkəmizdə iqtisadi inkişafa, sabitliyə gətirib çıxardı. Bizim üçün iqtisadi müstəqillik əsas istiqamət idi və buna nail olduq. Bu uğurlar ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə