MSK sədri siyasi partiyaları bələdiyyə seçkilərində aktiv iştiraka çağırdı
Qanunvericiliyə uyğun olaraq 60-dan artıq seçki dairəsində bələdiyyə seçkilərində iştirak edəcək namizədi olan siyasi partiyalara İctimai Televiziyada efir vaxtı ayrılacaq. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
M. Pənahovun sözlərinə görə, bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə xarakterli verilişlər hazırlanacaq: "Bələdiyyə seçkiləri ilə bağlı MSK tərəfindən hazırlanan maarifləndirici video çarxların əhəmiyyəti böyükdür. Artıq bu video çarxlardan ikisi yaxın vaxtlarda İctimai Televiziyada nümayiş etdiriləcək"
MSK sədri deyib ki, belə maarifləndirmə xarakterli video çarxların seçici fəallığının yüksəldilməsində mühüm rol oynayır.
M. Pənahov bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslərin seçki platformalarının əhaliyə çatdırılmasına da çalışacaqlarını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB