Fransa və Azərbaycan prezidentləri görüşdü

Fransa və Azərbaycan prezidentləri görüşdü

Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş olub. Sİa-nın xəbərinə görə, F. Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb. Azərbaycan prezidenti ilə görüşdən sonra F. Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

Üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə