Mehman Cavadoğlu istefa xəbərlərini təkzib etdi

Mehman Cavadoğlu istefa xəbərlərini təkzib etdi

"Haqqımda mətbuatda yazılanları əsassız hesab edirəm. Siravi üzv kimi Müsavat Partiyasında fəaliyyətimi davam etdirirəm". Bunu SİA-ya açıqlamasında Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu Müsavatdan istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Arif Hacılı ilə Qubad İbadoğlu dəstəsi arasında gedən çəkişmələr nəticə etibarı ilə Müsavatın daha da zəifləməsinə gətirib çıxarmır ki, sualına M. Cavadoğlu cavab vermək istəmədiyini bildirib: "Mən artıq partiyanın siravi üzvüyəm və bu kimi məsələlərə mövqe bildirmək istəmirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə