Cəbi Bəhramov: "Mütəxəssislər Leyla Yunusun dissertasiyasını analiz edir" Açıqlama

Cəbi Bəhramov: "Mütəxəssislər Leyla Yunusun dissertasiyasını analiz edir" Açıqlama

"Leyla Yunusun doktorluq dissertasiyasının ləğv edilməsi məsələsi A. A. Bakıxanov adına Tarix İnstitutunda müzakirə edilir. Müvafiq müraciət yaxın günlərdə Prezident yanında Ali Attestasiya Komissiyasına göndəriləcək". Bunu SİA-ya açıqlamasında İnstitutun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər dissertasiya işini analiz edirlər.

"Dəqiq məlumdur ki, Leyla Yunus iki rusiyalı alimin elmi əsərlərini həyasızcasına köçürərək, həmin fikirləri öz adına çıxıb. Ona görə də tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi Leyla Yunusa qanunsuz şəkildə verilib. Biz onun elmi dərəcədən məhrum olunmasını tələb edəcəyik. Başqalarının elmi fikir və ideyalarını həyasızcasına oğurlayıb öz adına çıxan adamlardan elmə heç bir fayda gələ bilməz" - deyə, C. Bəhramov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə