Prezident İlham Əliyev yeni sərəncam imzalayıb

Prezident İlham Əliyev yeni sərəncam imzalayıb

E.M. Ramazanovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova "Şöhrət" ordeni ilə təltif edilsin".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2014-cü il.

Bütün xəbərlər Facebook səhifəmizdə