Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Avropa İnsan hüquqları məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda konfransın əhəmiyyəti qeyd olunub və Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB