Azərbaycanda Qırğızıstan səfirliyi açılır

Azərbaycanda Qırğızıstan səfirliyi açılır

Qırğızıstan Prezidenti Almazbek Atambayev "Azərbaycanda səfirliyin təsis olunması haqqında" sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunub ki, Azərbaycan ilə əldə olunan razılaşmaya uyğun olaraq, eləcə də Qırğızıstanın Azərbaycan ilə gələcək siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrinin təmin olunması məqsədilə Azərbaycanda Qırğızıstan səfirliyi açılacaq.

Qırğızıstan rəhbərinin sərəncamı cümə günü Prezidentin saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə