Düşmən susdurulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə