"Arif Hacılı hələ də İsa Qəmbərin kölgəsindən kənara çıxa bilmir" Açıqlama
"Müsavat partiyasının daxilində olan söz-söhbətlər bundan sonra da davam edəcək. Hesab edirəm ki, məğlub seçkinin bünövrəsi elə ilk başdan əyri qoyulmuşdu". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.
AMİP funksionerinin sözlərinə görə, Müsavat partiyasının keçmiş sədri İsa Qəmbərin Arif Hacılını işlətmək üçün yeni başqan təyin etdirməsi ilə bağlı deyilənlərdə bir qədər həqiqət var: "Çünki İsa Qəmbər rəsmi şəkildə başqanlıqdan getsə də, görünən odur ki, Arif Hacılı hələ də onun kölgəsindən kənara çıxa bilmir. Bu da təbii ki, partiya daxilində bir sıra problem yaradır. Onu da qeyd edim ki, yeni sədr özünün potensialını, eləcə də müstəqil şəkildə qərar vermək səlahiyyətlərini demək olar ki, həyata keçirə bilmir. Hərhalda düşünürəm ki, bu gedişlə müxalifətin daxilində olan mübahisəli vəziyyət uzun müddət davam edə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB