XİN rəhbəri: "Almaniya mətbuatında dərc edilən məqalələr sifarişlidir"

XİN rəhbəri: "Almaniya mətbuatında dərc edilən məqalələr sifarişlidir"

"Azərbaycanı tənqid edənlər düzgün hərəkət etmirlər, Almaniya mətbuatında dərc edilən məqalələr isə sifarişlidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qurumda keçirilən brifinq zamanı deyib.

O bildirib ki, bəzi qüvvələr Azərbaycanın inkişafına ikili standartla yanaşırlar: "Azərbaycan öz yolunu dəyişməyəcək və bu yolla davam edib daha güclü ölkə olacaq".

Hazırda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini vurğulayan nazir deyib ki, bu, insan hüquqları baxımından önəmli institutdur: "Azərbaycan sədrliyi müddətində tək insan haqları deyil, anti-korrupsiya sahəsində də tədbirlər həyata keçirib. Noyabrın 13-də artıq sədrlik müddəti başa çatır. Strasburqda keçiriləcək mərasimdə quruma sədrliyi Belçika Xarici İşlər Nazirliyinə həvalə edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə