Nazir: "Azərbaycan Almaniyanın xarici siyasət konsepsiyasında mühüm yer tutur"

Nazir: "Azərbaycan Almaniyanın xarici siyasət konsepsiyasında mühüm yer tutur"

"Bu gün iki ölkə arasında ticarət əlaqələri yüksək səviyyədədir. Ötən il Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsinin həcmi 3 milyard dollara yaxın olub. Biz bu gün Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın yerinə yetirdiyi missiyanı alqışlayırıq. Bizim bu missiya çərçivəsində Azərbaycandan xüsusi gözləntilərimiz var". SİA-nın xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Bakıda keçirilən brifinqdə deyib.

Ştaynmayer bildirib ki, Azərbaycan Almaniyanın xarici siyasət konsepsiyasında mühüm yer tutur. Azərbaycanın sayəsində Avropanın enerji müstəqilliyi təmin olunur: "Mənim Azərbaycana səfərim ikitərəfli münasibətlərin inkişafına yönəlib".

Nazirin sözlərinə görə, o, Azərbaycan rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib və orada Dağlıq Qarabağ münaqişəsinə dair də müzakirə aparılıb: "Almaniya qoşunların təmas xəttindəki gərginlikdən son dərəcə narahatdır, vəziyyəti diqqətlə izləyir və münaqişənin tezliklə nizamlanmasının istəyir".

O həmçinin qeyd edib ki, Almaniya Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonunda Parisdə keçiriləcək növbəti görüşünün yekunlarını səbirsizliklə gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə