ABŞ-ın Luiziana ştatında fəaliyyət göstərən yerli telekanalda ölkə prezidenti Barak Obamanı tənqid edən videoçarx hazırlanıb. SİA-nın məlumatına görə, bu barədə "abc news" xəbər verir. Sözügedən xəbərdə qeyd olunur ki, afroamerikalılar Katrin qasırğasından ciddi xəsarətlər alıblar. "Bizi işsizlik və böyük repressiya məhv edib" deyə videoçarxda danışan afroamerikalılar daha sonra bildiriblər: "İndi biz digər problemlə qarşılaşmışıq. Bu problem bizim prezidentimizdir. O, miqrasiyanı iki dəfə artırmaq istəyir. Bununla da ölkəyə axın edəcək milyonlarla miqrant iş əldə edəcək, hansı ki, bizim özümüz işsiz qalmışıq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB