Leyla Yunusun mükafat çırpınışları AÇIQLAMA

Leyla Yunusun mükafat çırpınışları AÇIQLAMA

"Leyla Yunusun hava limanından başlayaraq son günlərə qədər atdığı addımlar öncədən planlaşdırılmış, məqsədyönlü şəkildə həyata keçirilən ssenarinin tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, belə addımlar bir daha sübuta yetirir ki, bu şəxsin niyyəti onu istiqamətləndirən, yönəldən beynəlxalq təşkilatların mükafatını almaq, bu vasitə ilə də ayrı-ayrı qüvvələrin əlində Azərbaycan dövlətin qarşı təzyiq elementinə çevrilməkdən ibarətdir: "Leyla Yunusun son bəyanatlarının arxasında da bu dayanır. Beynəlxalq təşkilatların və ombudsman aparatının nümayəndələrinin onun saxlanma şəraiti, həkimlərin müayinələri ilə tanış olmalarına baxmayaraq, Leyla Yunusun bəyanatları davam edir. Bu da onu sübut edir ki, Leyla Yunusun bəyanatları məqsədyönlü, ardıcıl şəkildə aparılan kampaniyanın tərkib hissəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə