Bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirələr aparılıb.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkiləri dekabr ayına, yəni qış ayına təsadüf etdiyi üçün rayonlarda, kəndlərdə seçicilərin seçki məntəqələrinə gəlib səs verməsi üçün müəyyən problemlər yarana bilər: "Xüsusən də seçki məntəqələrindən uzaqda yaşayan seçicilər yol şəraitinin pis olması və ya avtomobilin olmaması səbəbindən seçki məntəqələrinə gəlməkdə çətinlik çəkə bilərlər. Ona görə də, dairə seçki komissiyaları və aidiyyatı qurumlar bu məsələdə hazırlıqlı olmalıdırlar".
M.Pənahov eyni zamanda seçki məntəqələrinin yaxınlığında avtobus dayanacaqlarının yaradılmasını da məqsədəuyğun sayıb: "Seçkilər yaxınlaşdıqca bu məsələlər daha da qabardılacaq".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB