MSK-da yeni qruplar yaradılıb

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert və işçi qrupları yaradılıb. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib. 9 nəfər üzvdən ibarət ekspert qrupu vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə yaradılıb.

İşçi qrupu isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq məqsədilə yaradılıb.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə