Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini bu dəfə millət vəkili Etibar Hüseynov hədəfə alıb. SİA xəbər verir ki, şəxsi "facebook" hesabında Etibar Hüseynov ona qarşı kampaniya aparan cəbhəçilər barədə yazıb: "Deyirəm nə günlərə qaldıq, üstümüzə kimlər gəlir, haqqımda kimlər yazır? Yenə əvvəllər müxalifət mətbuatının "canavar"ı sayılan imzalar yazırdı. İndi harda pornodiski ilə məhşurlaşan gədə-güdə var onlara yazı yazdırırlar. Nə günə, kimlərin ümidinə qalıbsan Əli Kərimli? Sənə lap yazığım gəlir".
Qeyd edək ki, son günlər sosial şəbəkədə və AXCP-yə yaxınlığı ilə seçilən mətbu orqanda adıçəkilən siyasi təşkilat rəhbərliyini tənqid etdiyinə görə, Etibar Hüseynova qarşı kampaniyaya start verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB