Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton, təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle birgə bəyanat yayaraq Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamını alqışladıqlarını bildiriblər. SİA-nın Aİ-nin rəsmi saytına istinadən xəbərə görə, bəyanatda Avropa İttifaqının Azərbaycan ilə əlaqələrə önəm verdiyi qeyd edilir və bu əlaqələrin hər iki tərəfin xeyrinə mühüm potensialının olduğu vurğulanır.
Bəyanatda, həmçinin Avropa İttifaqının Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB