Qabil Hüseynli: "Ermənistanın qaranlıq gələcəyi əhalisini qaçırdır" Açıqlama
"Miqrasiya prosesləri hər yerdə mövcuddur. Lakin bu, Ermənistanda çox sürətlidir. Həqiqətən də orada miqrasiya prosesləri o qədər sürətlidir ki, artım bu templə davam etsə, Ermənistanda yalnız oliqarxlar, vəzifə sahibləri və bu qəbildən olan insanlar qalacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Parisdə nəşr olunan erməni xəbərələri qəzetinin Ermanistanı 9 mindən çox insanın tərk etməsi ilə bağlı yazısını şərh edərkən deyib.
Onun sözlərinə görə, digər yerdə qalan siravi insanlar ölkəni tamamilə tərk edə bilərlər: "Ermənistan insan resurslarının azalması baxımından çıxılmaz vəziyyətdədir və bunun qarşısını almaqda acizlik çəkir. İqtisadi böhran və maliyyə çatışmazlığı səbəbindən ölkədə vəziyyət olduqca acınacaqlıdır".
Q. Hüseynli həmçinin insanların adıçəkilən ölkəni tərk etmələrinin səbəbini də izah edib. Politoloq hesab edir ki, ölkədəki kütləvi işsizlik, maddi durğunluq, eləcə də Ermənistan rəhbərliyinin insanlara qarşı ədalətsizliyi bu kimi amillərə səbəb olur: "Eyni zamanda daha çox Ermənistanın gələcəyi ilə bağlı qaranlıq məqamların olması da insanları ölkəni tərk etməyə məcbur edir".
Politoloq eyni zamanda erməni lobbisinin güclü olduğu Fransada bu kimi məlumatların dərc olunması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, erməni lobbisinin özünü də bu kimi problemlər narahat edir: "Problemin qarşısını almaq üçün də son dövrlər İraq, Suriya və digər ölkələrdən ermənilərin gətirilməsi istiqamətində səylər nümayiş etdirirlər. Bununla yanaşı, onlar hakimiyyətdən köçün qarşısını almağı tələb edirlər. Lakin onların istəyi reallaşa bilmir. Bunun qarşılığında isə insanlar ölkəni tərk etməkdə maraqlıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB