XİN-lə BMT arasında əməkdaşlıq haqqında Fəaliyyət Planı təsdiqləndi FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planının təsdiq edilməsi barədə Fərman imzalayıb. SİA-nın məlumatına görə, Fərmanda qərara alınıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında 2014-cü il avqustun 30-da Bali şəhərində imzalanmış Fəaliyyət Planı təsdiq edilsin.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Fəaliyyət Planının müddəalarının həyata keçirilməsini təmin etsin.
rn
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB