Narazı müsavatçıdan növbədənkənar qurultayla bağlı AÇIQLAMA

Səxavət Əlisoy: “Onların fikrində yeni başqan seçkisi söhbəti yoxdur”
Narazı müsavatçıdan növbədənkənar qurultayla bağlı AÇIQLAMA

"Növbədənkənar qurultayın keçirilməsi ilə bağlı fikir Nizamnaməyə olan dəyişikliklərlə bağlıdır". Bu sözləri SİA-ya başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Müsavat başqanının müavini Gülağa Aslanlının partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı irəli sürdüyü təkliflərə münasibət bildirərkən deyib.

Səxavət Əlisoy bir sıra məsələlərdə narazı olduğunu istisna etməyərək deyib ki, keçirilməsi planlaşdırılan növbədənkənar qurultayda Müsavatın yeni başqan seçkisi keçirməsi mümkünsüzdür: "Təbii ki, burada onların fikrində yeni başqan seçkisi söhbəti yoxdur. Qurultayda da söhbət olmuşdu ki, Nizamnaməyə müəyyən dəyişikliklər olsun. Onun üzərində işləyirlər. Çox güman ki, bunu nəzərdə tuturlar".

Keçmiş müşavir eyni zamanda onu da qeyd edib ki, hələlik narazı olanlar bu məsələdə fikirlərini tam olaraq bildirməyiblər: "Belə ki, partiyanın müvafiq orqanlarına edilən müraciətlər hələ ki, cavablandırılmayıb. Rəsmi cavab gözləyirik. Rəsmi cavab açıqlanandan sonra məsələ ilə bağlı fikrimizi açıqlayacağıq".

Qeyd edək ki, başqanlığa digər keçmiş namizəd Qubad İbadoğlu da SİA-ya açıqlamasında bildirib ki, narazılıqlarla bağlı konkret zamanda konkret fikirlərini mətbuata açıqlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə