Dövlət başçısı rayonlara 4 milyon ayırdı

Dövlət başçısı rayonlara 4 milyon ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Goranboy Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə