Tamerlan Vahabov: “Bu bəyanat Ermənistan üçün də bir siqnaldır”

Tamerlan Vahabov: “Bu bəyanat Ermənistan üçün də bir siqnaldır”

"ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubinin bəyanatı Dağlıq Qarabağ məsələsi ətrafında son zamanlar Azərbaycanın danışıqlar prosesini daha da intensivləşdirməsinin nəticəsidir". Bunu SİA-ya Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə mütəxəssis Tamerlan Vahabov ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubinin "Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda sabitliyin bərpa olunması deməkdir" fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu bəyanat Ermənistan üçün də bir siqnaldır: "Ümid edirəm ki, gələcəkdə ABŞ Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatlardan əlavə, real addımlar da atacaq".

ABŞ Ermənistanın sülhə məcbur edilməsi üçün nədən real addımlar atmır sualına isə ekspertin cavabı belə oldu: "ABŞ-ın xarici siyasətinə onun daxili siyasətinin çox böyük təsiri var. Daxili siyasətə isə orada kompakt yaşayan etnik diasporaların təsiri çox böyükdür. Təəsüf ki, ABŞ-da erməni diasporasının təsir imkanları böyükdür. Bu da dolayısı ilə ABŞ-ın xarici siyasətinə təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə