Sahib Alıyev: “Bizdə insan haqları tapdanır deyə bağıranlar, niyə susurlar?” MÜNASİBƏT
"Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin Azərbaycan və Ermənistan prezidentlərinin Fransada görüşlərinin keçirilməsi planlaşdırılan günə yəni, oktyabrın 27-nə salınması təxribatdır". SİA-nın məlumatına görə, bu haqda millət vəkili Sahib Alıyev öz "facebook" səhifəsində məlumat paylaşıb.
Deputatın sözlərinə görə, bunu ermənilər ya görüşün alınmaması üçün edirlər, ya da məqsədləri budur ki, Fransada da Sarkisyanın qarşısında soydaşlarımızın buraxılması tələbi qoyulduqda desinlər ki, buna ancaq məhkəmədən sonra baxıla bilər: "Amma əgər beynəlxalq qurumlar və vasitəçi dövlətlər bircə dəfə prinsipallıq edib,ermənilərdən öz dədə-baba torpaqlarına baş çəkməyə gedənlərin hansı haqla tutulduqlarını soruşaraq onların buraxılmalarını tələb etsələr, onlar da bu oyunu oynamazlar. Havadarlarının nədən bunu etmədikləri aydındır, bəs görəsən bizdə insan haqları tapdanır deyərək bağıranlar niyə susurlar? Necə olur ki, onlar Leyla Yunus kimilərinin buraxılmasını tələb edir və hətta bununla bağlı mitinq keçirdikləri halda öz dədə-baba yurdlarında girov götürülən soydaşlarımızın buraxılmasını bir dəfə olsun dillərinə gətirmirlər? Xaricdən bu haqda tapşırıq verilmir, ona görəmi?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB