Rafiq Daşdəmirov: “O, AXCP-dən acıq eləyərək istefa verib”

Rafiq Daşdəmirov: “O, AXCP-dən acıq eləyərək istefa verib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov Şakir Abbasovun partiyadan istefa verməsinə münasibət bildirib.

R. Daşdəmirov deyib ki, Ş. Abbasov Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə keçirilən seçkilərdə uduzduğu üçün acıq edərək, istefa verib: "Rayon şöbələrində qurultaya hazırlıq üzrə konfranslar keçirilir. Mənə elə gəlir ki, o, səsvermədə uduzduğu üçün istefa verib".

Qeyd edək ki, Ş. Abbasov partiyadan narazı olduğu üçün istefa verdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə