Əli Orucov: “Artıq həmin şəxslərin Müsavatla gedəcək yolları qalmayıb” AÇIQLAMA

Əli Orucov: “Artıq həmin şəxslərin Müsavatla gedəcək yolları qalmayıb” AÇIQLAMA

"Müsavat Partiyasının üzvü, Adil Qeybulla və başqanlığa keçmiş namizəd Səxavət Əlisoyun "Siyasi Dialoq və İslahatlar Mərkəzi" (SDİM) adlı yeni qurum yaratmaları narazı qüvvələrin açıq şəkildə meydana çıxmalarının işartılarıdır". Bunu SİA-ya açıqlamasında Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

Ə. Orucovun sözlərinə görə, artıq həmin şəxslərin Müsavatla gedəcək yolları qalmayıb: "Müsavat partiyasında gedən proseslər əvvəlcədən proqnozlaşdırılırdı. Çünki, Müsavat partiyası başqanlığına keçirilən seçkilərdə bir sıra qanun pozuntularının olduğu narazı qüvvələr tərəfindən açıq şəkildə iddia edilirdi. Bu isə Müsavat partiyasındakı gərginliyi artırmaq üçün stimul verdi. Hesab edirəm ki, Müsavatdan qopmalar münkündür və onun qarşısını heç kim ala bilməyəcək. Müsavatda narazı qalan funksionerlər ya müstəqil siyasətə atılacaqlar, ya da fəaliyyətlərinə hər hansı bir qurumda davam edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə