Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qadın məsələləri üzrə məsul Nazirlərin V Konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri üzrə şöbə müdiri Fatma Abdullazadə oxuyub.
Təbrik məktubunda deyilir: "Hörmətli konfrans iştirakçıları, sizi konfransınızın açılışı münasibətilə təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı, yeni-yeni uğurlar arzu edirəm. Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq, ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər ölkədə təşkil olunan beynəlxalq tədbirlər sırasında mühüm yer tutur. 1995-ci ildə Pekində keçirilən Qadınların Beynəlxalq Konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyədə əsas fəaliyyət planını müəyyən etmişdir. İslam Əməkdaşlıq Təşkilatının Qadın məsələləri üzrə nazirlərlərinin əvvəlki İstanbul, Qahirə, Tehran, Cakarta konfransları və hazırda iştirakçısı olduğumuz Bakı konfransı cəmiyyətdə qadınların rolunun inkişafına mühüm töhfə verir. Qadın hüquqlarına xüsusi diqqət yetirən İslam dini qadın şəxsiyyətini layiqli səviyyəyə yüksəltmişdi. Azərbaycan qadınları insan haqlarının mühüm amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə etməklə, təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə uğur qazanaraq dövlət quruculuğu prosesinin əsas qüvvələrinin birinə çevrilmişdi. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınların pozulmuş hüquqları indiyə qədər bərpa olunmamışdı. Bir sıra beynəlxalq qurumların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Respublikamızın ərazi bütövlüyünü dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır. Əminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasında, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsində mühüm mərhələ olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB