Ötən gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 84 nəfər əfv olunub. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Qaradağ rayon ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində fərmanın icrasına başlanılıb. Burada 7 nəfərə cəzasının çəkilməmiş hissəsindən azad olunması haqqında buraxılış vəsiqəsi təqdim olunub.
Buraxılış mərasimində Pentensiar xidmətin idarə rəisi Musa Hümbətov, 13 saylı cəzaçəkmə müəssisənin rəhbəri, ədliyyə polkovniki Bəhram Əsgərov, xidmətin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
İdarə rəisi bildirib ki, Sərəncam ümumilikdə 84 nəfərə şamil olunub: "Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var. Cənab Prezident tərəfindən hər il bu kimi hümanist tədbirlər həyata keçirilir: "18 oktyabr Azərbaycanın Müstəqilliyinin növbəti ildönümündə bu, ölkə başçısı tərəfindən atılan çox gözəl addımdır. İnanıram ki, sizlər də bir daha belə bir hadisələrə yol verməyəcəksiniz".
Əfv olunanlar isə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, peşman olduqlarını dilə gətiriblər.
Daha sonra Pentensiar xidmətin Qobustan ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində 5 nəfər öz azadlığına qovuşub. Onlardan 2 nəfər isə İran vətəndaşıdır.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Məlumat üçün bildirək ki, oktyabrın 17-də dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB