Asim Mollazadə: "Ermənistanın sahibləri bu prosesdə irəliyə doğru addım atsa,.." Açıqlama
"Ermənistan hazırda müstəqil ölkə deyil və tam olaraq Rusiyanın nəzarəti altındadır. Bu həqiqəti münaqişənin həllində rol oynayan həmsədr ölkələr də bilməlidir. Zənnimcə, Ermənistan hər bir istiqamətdə öz müstəqilliyini itirdiyinə görə bilavasitə hərbi forposta çevrilən ərazidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Dağlıq Qarabağ münaqişəsinin həllininin hər hansı bir ölkənin manapolyasiyasında saxlanmağının əleyhinə olduğunu deyən A. Mollazadə bildirib ki, mövcud problemin həlli beynəlxalq hüquq normaları çərçivəsində mümkün olmalıdır: "BMT TŞ-nin işğal olunan ərazilərimizin ermənilər tərəfindən qeyri-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi mövcud 4 qətnamənin şərtləri yerinə yetirilməsi istiqamətində vacib addımlar atılmalıdır. Azərbaycan hər zaman buna hazırdır. Onu da qeyd edim ki, əgər Ermənistanın sahibləri bu prosesdə hansısa irəliyə doğru addım atsa, o zaman özlərini dərin böhrandan xilas etmiş olacaqlar. Lakin Ermənistan hazırda dünyadan təcrid olunmuş əraziyə çevrilib".
Millət vəkili həmçinin, oktyabrın 27-də Fransada keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişə nail olunub-olunmaması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, hər hansı bir ölkənin mövcud münaqişənin həlli istiqamətində göstərdiyi səylərdən asılı olmayaraq, Azərbaycan tez bir zamanda problemin həll olunmasında maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB