Prezidentin imzaladığı əfv sərəncamının icrasına başlanılıb

Prezidentin imzaladığı əfv sərəncamının icrasına başlanılıb

Ötən gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 84 nəfər əfv olunub. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən əfvin icrasına başlanılıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil olunub. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var.

Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Qeyd edək ki, oktyabrın 17-də dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə