Ziyafət Əsgərov: "Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan" Aqil Abbasa cavab
Millət vəkili Aqil Abbas "Turizm haqqında" qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, Leyla Yunusa 5 saat ərzində viza verən Fransa səfirliyindən viza ala bilmir. SİA-nın xəbərinə görə, MM sədrinin birinci müavini Ziyafət Əsgərovun millət vəkilinə cavabı qısa olub: "Aqil müəllim, Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan".
Milli Məclisdə həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında", "Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" qanunlara dəyişikliklər də müzakirəyə çıxarılıb. Dəyişiklik bu qanunların Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə bağlıdır.
Dəyişikliklər qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB