Zahid Oruc: "Türkiyə İraqa tək girməməlidir"

Zahid Oruc: "Türkiyə İraqa tək girməməlidir"

Millət vəkili Zahid Oruc Milli Məclisin bugünkü iclasında Türkiyənin İraqa qoşun yeritməsi ilə bağlı Qərb dairələrinin tələbinə etirazını bildirib. SİA-nın xəbərinə görə, Z. Oruc hesab edir ki , Türkiyə bu addıma getməməlidir.

Onun sözlərinə görə, Türkiyənin tək İraqa daxil olması düzgün deyil: "Bu ölkədəki xaosun və vəhşətin başlıca səbəbi Türkiyə ilə əlaqəli deyil. Qərb dairələri əgər doğrudan da İslamı cihadçıların əlindən almaq istəyirsə, daha real addımlar atmalı və əvvəlcə özləri ora getməlidir. Türkiyə İraqa daxil olub İŞİD-çilərlə mübarizəyə başlasa, o zaman həm öldürən, həm ölən ancaq müsəlman olacaq".

Millət vəkili hesab edir ki, bəzi ölkələr bu tələbi irəli sürməklə Türkiyənin əleyhinə məkrli planlarını həyata keçirirlər: "Parlament olaraq Türkiyənin soyuqqanlı münasibətini qəbul etməliyik. Beynəlxalq qüvvələr olmadan Türkiyənin öz qoşunlarını ora yeritməsi, bu ölkənin böyük bir bataqlığa düşməsi demək olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə