Xarici ölkələrdəki konsullarımızın səlahiyyətləri məhdudlaşdırıldı
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırıldı. SİA-nın xəbərinə görə, bnunla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə dəyişikliklər edilib.
Nizamnamənin 39-cu maddəsinə edilən dəyişikliyə görə, konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.
Layihə müzakirələrin sonunda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB