Mübariz Qurbanlı: "Biz bütün bunlardan ibrət götürməliyik"

Mübariz Qurbanlı: "Biz bütün bunlardan ibrət götürməliyik"

"Bu gün Şimalda olan azərbaycanlılar 10 milyonu əhatə edirsə, dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır". SİA-nın məlumatına görə, bunu bugün Xəzər rayonunda din xadimləri ilə görüşündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Ümummilli Lider Heydər Əliyev Dövlət - din münasibətlərinə çox böyük önəm verib. Azərbaycanın ağır, çətin bir dövründə dahi şəxsiyyət mənəvi dəyərlərimizə hər zaman böyük önəm verib. İslam dini bəşəriyyətin ən ülvi dinlərindən biridir. İslam dininin yayıldığı coğrafiya təbii sərvətlərlə zəngindir. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük və 57 İslam ölkəsindən biriyik. İƏT dəfələrlə Ermənistanın təcavüzünü pisləyib və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün tək Xəzər rayonunda 27 məscid var amma Sovetlər dövründə ölkədə yalnız 17 məscid var idi. Bu günə kimi də Azərbaycan İslam dəyərlərini qoruyub saxlaya bilib. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul olunanda Vicdan azadlığı burada xüsusi önəm kəsb edirdi. Azərbaycan vətəndaşları indiyədək dini mənsəblərinə görə bir-birinə qarşı olmayıb.

Əgər biz qonşuluğumuzda olan ölkələrə nəzər salsaq görərik ki, onlar dini mənsəblərinə görə bir-birinə qarşıdırlar. Buna misal olaraq İraqı və digər dövlətləri göstərə bilərik. Biz bütün bunlardan ibrət götürməliyik. Bu gün İŞİD terrorçu qrupdan başqa bir şey deyil. Onların içərisində olanların 30 faizi Avropadan gələn insanlardır. Bizim hüquq - mühafizə orqanları bu sahədə çox ciddi işlər görür" - deyə, qurum rəsmisi sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə