Tənzilə Rüstəmxanlı: “Satqın fiqurlar ABŞ-ın hansısa dairələrinin işinə yarayır” MÜNASİBƏT
"ABŞ-la Azərbaycanın əməkdaşlıq münasibətləri nə Leyla Yunus, nə də ki Arif Yunus vasitəsilə qurulmayıb". Bu fikirləri SİA-ya Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ABŞ Dövlət Departamentinin Azərbaycan hökuməti qarşısında "hüquq müdafiəçisi" Leyla Yunusun və onun əri Arif Yunusun dərhal azadlığa buraxılması tələbi qoymasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə bu tələbin əsasında ABŞ-da yaşayan ermənilərin çoxluq təşkil etməsi dayanır: "ABŞ Dövlət Departamenti niyə satqınların qayğısına qalır? Leyla Yunus və Arif Yunusun ermənilərlə qohumluğu mövcuddur. Görünür, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyən bu satqın fiqurlar ABŞ-ın hansısa dairələrinin işinə yarayır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB