"Belə iddiaları irəli sürənlər haqlı deyillər. Bu, Müsavat Partiyasına qarşı irəli sürülmüş əsassız iddiadır". Bu fikirləri SİA-ya Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli istefa verən müsavatçıların istefa səbəblərindən biri kimi Ümid Partiyasının sədri İqbal Ağazadənin partiyanın yeni rəhbərliyinə təsir etməsi iddialarına münasibət bildirərkən deyib.
"Biz istefa verən bir neçə nəfərə görə təəssüf edirik. Əminik ki, bu istefalar Müsavata xeyir gətirmir" -deyə qeyd edən Müsavat rəsmisi onu da bildirib ki, artıq istefaların qarşısının alınması üçün tədbirlərin görülməsi istiqamətində işlər aparılacaq: "Eyni zamanda, bu istefaların həm qarşısının alınması üçün, həm də təşkilatda nizam-intizam məsələlərinə yenidən baxılması üçün tədbirlərin görülməsinin tərəfdarıyıq. Müsavat Partiyası bundan əvvəl də belə dövrləri yaşayıb, müəyyən adamlar istefa verib. Buna misal kimi Sülhəddin Əkbəri göstərə bilərik. Yəni o da istefa verəndə, onun yaxın tərəfdarı olan qruplaşmasının üzvü olan adamlar istefa vermişdilər".
Mustafa Hacıbəyli bu dəfə ötən istefalardan fərqli olaraq, vəziyyətin daha sakit ötüşəcəyinə ümid bəslədiyini deyib və maraq doğuran fikir söyləyib. Məcsil üzvü bildirib ki, Arif Hacılının başqanlığına etiraz edən Qubad İbadoğlu da istefaların qarşısının alınması üçün hərəkətə keçib: "Mən bu dəfə vəziyyətin sakit ötüşəcəyinə ümid edirəm. Hərhalda Qubad İbadoğlu da müəyyən cəhdlər edərək, bir sıra müsavatçıları istefa verməməyə çağırıb".
Müsavat Partiyasının rəhbərliyi də hər kəsi Müsavatın mövqeyinə uyğun hərəkət etməyə dəvət edir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB