"Siyasətlə məşğul olmamağın heç kimə ziyanı yoxdur. Ancaq havalı şəkildə siyasi meydanlarda olmaq cəmiyyətə, xalqa həddən artıq ziyanlıdır. Bu gün İsa Qəmbər, Əli Kərimli və onun kimilər siyasətlə yox, ağıllarına gələni etməklə məşğuldurlar". SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev deyib.
E.Musayev deyib ki, onlar ağıllarına gələni etməklə məşğul olduqları üçün daha çox insan haqları və azadlıqları barədə danışırlar: "Onların bu anlayışdan ümumiyyətlə xəbərləri yoxdur. Mitinqdə ayrı-ayrı duranlar, bir-birinə acıq verənlər, bir-biri ilə müxalifətin monopoliya mübarizəsini aparanlar, illərdir bir-birinin ayağının altını qazanlar, bu gün bir yerdə oturub insan, hüquq və azadlıqlarından danışırlar. Biri o birini tədbirinə çağırmır, məclisinə getmir, gedirsə ayaq üstə qalır. Hesab edirəm ki, bu məktəbli təfəkkürüdür. Belə hərəkətləri yeddinci sinifdən yuxarı məktəblilər belə etmir. Onlarda biri mitinqdə aşağıda qalıbsa, mütləq bir-birindən acıq çıxmağa çalışırlar. Bunların dərdinə baxın!!! Başqa ölkədə müxalifət hakimiyyət uğrunda mübarizə aparır. Bizimkilər isə bir-birini qapıda saxlamaq, başqasını aşağıda qoyub tribunada danışmaq uğrunda mübarizə aparırlar. Bunlar hakimiyyətlə yox, öz aralarında mübarizə aparırlar".
Partiya sədrinin sözlərinə görə, bu insanlar indiyə qədər həbs olunan bir insanın faktiki olaraq günahsızlığını ortaya qoyacaq dəlilləri cəmiyyətə təqdim etməyiblər: "Leyla Yunus, Arif Yunus bu gün aktual mövzulardan biridir. Hansı ki, bilərəkdən bunu şişirdiblər. Bu insanlar açıq şəkildə ermənipərəst olduqlarını nümayiş etdiriblər. Çox maraqlıdır ki, bunu heç vaxt gizlətməyiblər. Törətdikləri əməlləri cinayət olaraq qəbul etməsələr də hərəkət olaraq etiraf ediblər. Bunu siyasi məhbusluğa nə aidiyyatı var? Qatı cinayətkarları, az qala baş kəsənləri belə əfv siyahılarına salırlar".
"Azərbaycan müxalifətinin insan hüquq və azadlıqları ilə bağlı toplantılarına həm də bir qrant açarı kimi baxıram. Yəni, Azərbaycan müxalifətinin belə adəti hər zaman olub. Məsələn, Əli Kərimlinin pulu qurtarmağa az qalmış aidiyyatı oldu-olmadı aksiya təşkil edir. Fəal gəncləri qabağa buraxaraq onları döydürüb, həbsə atdırır. Sonra da bağırmağa başlayır ki, hüquqlarımız pozuldu, azadlıqlarımız getdi. "Freedom House", Human Right Watch" isə bunların daimi sponsoru, əsas qrant stünlarıdır. Bu zaman pullar tökülməyə başlayır. Burada qazanan Əli Kərimli, İsa Qəmbər olur. Arada isə həbs olunanlar gedir. Onlarda özləri ilə fəxr edirlər ki, azadlıq aşiqləridirlər. Halbuki bunlar Əli Kərimli, İsa Qəmbərin qurbanlarıdır", - deyə E.Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, bu insanlara insan hüquq və azadlıqlarının heç bir aidiyyatı yoxdur: "Bunlar heç öz hüquqlarını bilmirlər. Hətta yanaşı oturduqlarının hüquqlarına belə hörmət etmirlər. Çünki onlar hakimiyyətdə olduqları zaman ən mənəviyyatsız işlərlə məşğul olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB