Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Tacikistana rəsmi səfəri çərçivəsində Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycan ilə Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulanıb ki, ölkələrimizin daha da yaxınlaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Azərbaycan və Tacikistan prezidentlərinin imzaladığı Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB