Təhmasib Novruzov: “İstənilən seçki sisteminin tətbiqi müxalifətə uğur gətirə bilməz” RƏY
"Müxalifətin sosial bazası mövcud deyil. Konstitusiyaya dəyişiklik edilməsinə ümid bəsləməklə, diqqət mərkəzinə çevriləcəklərini düşünürlər. Bu isə ac toyuğun, yuxuda darı görməsinə bənzəyir". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin (AHB) sədri Təhmasib Novruzov ənənəvi müxalifət düşərgəsi təmsilçilərinin proporsional seçki sistemini tələb etmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifətin yanlış siyasət aparması onların məhv olmasına gətirib çıxarıb: "Müxalifət majoritar seçki sistemi ilə heç nəyə nail ola bilmədi. Ona görə də, bunun günahını majoritar seçki sistemində görürlər. Proporsional seçki sistemininin tətbiq edilməsi ilə xəyyallarında qurduqları arzularını reallaşdıracaqlarını düşünürlər. Ancaq elektoratları olmadığından istənilən seçki sisteminin tətbiqi onlara uğur gətirməyəcək. Ümumiyyətlə, müxalifət təmsilçiləri bu cür ideyalarla çıxış etməklə gündəmdə qalmaq istəyirlər. Yəni bu cür vasitələrlə özlərini reklam etməyə çalışırlar".
AHB sədri onu da bildirdi ki, bundan sonra ölkədə nə qədər seçki keçirilsə belə, müxalifət təmsilçiləri uduzmağa məhkumdurlar: "Bir reallıq da ondan ibarətdir ki, müxalifət düşərgəsində təmsil olunan partiya təmsilçiləri üzdə bir-birilərinə gülsələr də arxada biri digərinin paxıllığını çəkir, ayağının altının qazır və rəqibini sıradan çıxarmaq üçün əlindən gələn hər şeyi edirlər. Çünki müxalifətdə birlik olmayıb. Olsa da, bu birlik qısa bir zaman ərzində parçalanmalara gətirib çıxarıb. Bunun da səbəbi müxalifət təmsilçilərinin şəxsi ambisiyalarının olmasından irəli gəlir. Demək olar ki, müxalifət üçün şəxsi ambisiyaları partiyanın maraqlarından daha üstündür. Əgər bir düşərgədə bu cür vəziyyət varsa, onun irəliyə getməsi mümkün deyil".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB