Prezident Tacikistanda abidəni ziyarət edib

Prezident Tacikistanda abidəni ziyarət edib

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin "Dusti" meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə