Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2014-cü il oktyabrın 1-dən etibarən ölkəmizin hər yerindən olduğu kimi, Nərimanov rayonundan da həqiqi hərbi xidmətə çağırılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanılıb.
Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan hərbi xidmətdən tərxis olunan gənclərlə görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev onları hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb. A. Fərzəliyev qeyd edib ki, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminatında Azərbaycan Ordusunun müstəsna rolu var: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifəsidir.
Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov dövlətimizin ordudan tərxis olunmuş gənclərə diqqət və qayğısından söhbət açıblar.
Milli Məclisin deputatı Adil Əliyev ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışaraq qeyd edib ki, Vətəni göz bəbəyi tək qorumaq müqəddəs və məsuliyyətli vəzifədir: "Düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığının, Dövlət Başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminəm".
Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirdilər.
Daha sonra hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılan gənclərə hədiyyələr təqdim edilib.


.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB