Hafiz Hacıyev: “ “Milli Şura” nın keçirdiyi mitinq ermənilərin maraqlarından çıxış etməyə hesablanmışdı” AÇIQLAMA
" "Milli Şura"nın keçirdiyi mitinq xarici kəşfiyyat nümayəndələrinin Azərbaycandakı nümayəndəliklərinin birgə təşkil etdiyi mitinq idi. Buna heç mitinq də demək olmaz. Orda piket halında müəyyən bir qrup yığılmşdı. Bunların hamısı Azərbaycana qarşı yönəlmiş təxribatın tərkib hissəsidir". Bu fikirləri SƏS TV-yə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə "Milli Şura" nın oktyabrın 12-də keçirdiyi mitinq Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ermənilərin maraqlarından çıxış etməyə hesablanmışdı: "Onlar İŞİD terror təşkilatının bayrağını qaldırmaqla çağırış edirdilər ki, sizin istənilən tapşırığınızı biz yerinə yetirməyə hazırıq. Hələ yaxşı ki, ermənilərin bayrağını qaldırmadılar. Onlardan bunu da gözləmək olardı. Çünki Azərbaycanda bir dənə Leyla Yunus adında erməni tutulub, bunlar da onu müdafiə etməyə çalışırlar. Dağlıq Qarbağ məsələsində bütün dünya çalışır ki, ölkə prezidentinə təzyiq göstərərək onun Dağlıq Qarabağın müstəqilliyini tanımasına, yeddi rayonu da ermənilərə verməsinə nail olsunlar. Ölkə Başçısının öz güclü xarici siyasətini nümayiş etdirərək ərazilərimizi geri qaytarmağa çalışdığı bir ərəfədə xarici qüvvələr öz məqsədlərini reallaşdırmaq üçün Azərbaycanın daxilində olan Kərimov Əli, Qəmbərov İsa, Həsənli Cəmil kimi kəşfiyyatçı adamlardan istifadə etməyə başlayıblar. Artıq biz Qəmbərov İsanı sıradan çıxartdıq. O bədbaxt insandır. Mitinqə də sinəsindən cinayətkar birinin şəklini asıb yetim bir adam obrazında gəlmişdi. Heç orda onu erməni təşkilatının sədrləri olan Kərimov Əli, Həsənli Cəmil də saymadı. Bu həm də onu göstərir ki, bunların arasında xarici qüvvələrin təklif etdiyi qrant üstündə, o qrantı tək mənimsəmək üstündə mübarizə gedir. Elə o mitinq adı ilə keçirdikləri yığıncaqda da Avropanın bayraqlarını qaldıraraq onlara səslənirdilər ki, "ay Avropadakı ermənilər, Azərbaycanı gözü götürməyən qüvvələr, nə qədər pulunuz var verin bizə. Siz hansı sifarişi versəniz, biz onu yerinə yetirib Azərbaycanda qarışıqlıq salacağıq". Onların fəaliyyətlərinin mahiyyəti bundan ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB