Tahir Rzayev: "Bələdiyyələr gənclər üçün idarəetmə məktəbidir" Münasibət
"Bələdiyyə seçkilərində gənclərin fəal şəkildə iştirak etmələrini müsbət qiymətləndirirəm. Çünki gənclər gələcək üçün ehtiyat kadrlardır. Eyni zamanda gənclərin seçilməsi uzunmüddətli bələdiyyələrdə işlərin düzgün təşkil olunmasına imkan yaratmış ola bilər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyə seçkilərində gənclərin fəallıq göstərmələrindən danışarkən deyib.
Onun sözlərinə görə, bələdiyyələr gənclər üçün həm də idarəetmə məktəbidir: "Gənclər ilk növbədə yerli əhəmiyyətli məsələləri öyrənməlidir. Gənclərin cəmiyyət içərisində nüfuz sahibi olmaları gələcəkdə onların yaxşı kadr kimi yetişməsinə gözəl imkan ola bilər. Bununla yanaşı, bələdiyyə orqanları əhəmiyyətli qurum olaraq insanları sosial həyatlarının yaxşılaşması istiqamətində işlər həyata keçirirlər. Gənclərin də bu kimi orqanlarda fəaliyyət göstərməsi müsbət dəyərləndirilməlidir".
Millət vəkili hesab edir ki, hazırda 3-cü bələdiyyə seçkilərində bu sahədə vəziyyət ürəkaçandır: "Belə ki, tarixə nəzər yetirsək görərik ki, o zaman keçirilən bələdiyyə seçkilərində gənclərin sayı 3-4 faiz təşkil edirdisə, hazırda bu göstərici 25-30% təşkil edir. Təbii ki, bu göstəricinin gələcəkdə daha da artmasının tərəfdarıyam. Hazırda bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir".
"Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə lazımi şəkildə hazırlaşır. YAP-da olan fəal gənclərin seçkilərdə iştirak etmələri üçün də bütün imkanlar yaradılıb. Artıq bununla bağlı müəyyən qaydada tədbirlər görülür. Eyni zamanda YAP rayon təşkilatları bilavasitə istedadlı və bacarıqlı gənclərin seçilməsinin tərəfdarıdır. İstərdim ki, gənclərin seçkilərdə iştirakı faiz hesabına olmasın. Yəni, kəmiyyət yox, keyfiyyətə üstünlük verilsin"- deyə, Tahir Rzayev məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB