Siyasi şərhçi: “Bu məsələ ancaq Sarkisyan kimi bir tipin ağlına gələ bilərdi” AÇIQLAMA

Siyasi şərhçi: “Bu məsələ ancaq Sarkisyan kimi bir tipin ağlına gələ bilərdi” AÇIQLAMA

"Ermənistanda kollecin açılması bütövlükdə hər hansı bir hadisə deyil". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Ermənistan prezidenti Serj Sarkisyanın Dilican kollecinin açılışında etdiyi sərsəm çıxışlara münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanda hər gün xeyli sayda məktəblər açılır və inşa edilir: "Ermənistan prezidenti Serj Sarkisyan əslində bu fikirlərlə onu sübuta yetirməyə çalışır ki, guya o, azərbaycanlılara normal münasibət bəsləyir. Təbii ki, hər kəsə bəllidir ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistanın işğalı altındadır. Hesab edirəm ki, bu işğala son qoyulmadan Ermənistanla hər hansı bir əlaqə qurula bilməz. Əgər Sarkisyan və onun rəhbərlik etdiyi hərbi cinayətkar xunta işğala son qoysa, o zaman Ermənistan indiki müflis vəziyyətindən xilas ola və ölkəni tərk edən insanlar ölkə sərhədlərində qala bilərlər. Beləcə onlar da Azərbaycanın regiona verdiyi töhfələrdən yararlana bilərlər. Bir sözlə, işğalçı dövlət adam kimi yaşayardı. Hesab edirəm ki, məsələnin ən əsas açar yolu bundan ibarətdir. Yoxsa ki, hər hansı bir məktəb açmaqla münasibətlərin qurulmasına cəhd göstərmək primitiv düşüncə tərzidir. Bu ancaq Sarkisyan kimi bir tipin ağlına gələ bilərdi".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan beynəlxalq UWC şəbəkəsinə daxil olan Dilican kollecinin açılışında çıxışı zamanı deyib ki, keçmiş sovet respublikalarında bu beynəlxalq şəbəkəyə daxil olan kollec ilk dəfə Ermənistanda açılır: "Mən səmimi qəlbdən arzu edirəm ki, Dilican məktəbində Azərbaycandan da tələbələr gəlib oxusun".

Bütün xəbərlər Facebook səhifəmizdə