Çexiyalı qonaq: “Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində çoxsaylı işlər görülür"

Çexiyalı qonaq: “Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində çoxsaylı işlər görülür"

"Bu artıq mənim Bakıya 3-cü səfəridir. Hər gəlişimdə də Bakının necə inkişaf etidiyinin şahidi oluram". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Çexiya Respublikası parlamentinin Deputatlar palatası sədrinin müavini Voytex Filip Azərbaycana rəsmi səfəri çərçivəsində deyib.

"Ümid edirəm ki, bu qarşılıqlı və birgə əməkdaşlıq hər iki ölkənin əlaqələrinə öz müsbət təsirini göstərəcək"- deyə, qonaq bildirib.

26 fevral Xocalı soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində də danışan V.Filip deyib ki, bu haqda ölkəsinin yetərincə məlumatı var: "Beynəlxalq aləmdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində çoxsaylı işlər görülür. Azərbaycanın Çexiyadakı səfirliyi də bu faciənin təfərrrüatlarının, həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində bir çox işlər görüb".

Bütün xəbərlər Facebook səhifəmizdə